Layihələrimiz

Layihələrimiz

TİKİNTİ, TƏMİR, DİZAYN İŞLƏRİ ÜÇÜN LAYİHƏLƏNDİRMƏ XİDMƏTİ

Hər bir təmir, tikinti, dizayn və digər oxşar işlərə başlamazdan əvvəl ilk növbədə layihələndirmə prosesi həyata keçirilməlidir. Bu işdə düzgün hazırlanmış layihə çox önəmlidir.

Görüləcək işlərin miqyasından asılı olmayaraq, burada çalışan əməkdaşlar hər bir mərhələdə müəyyən edilmiş plana uyğun hərəkət etməlidirlər.

Özündə qrafik və mətn məlumatlarını birləşdirən, işin mərhələli şəkildə yerinə yetirilməsi barədə ətraflı məlumat verən bir sənəd olmadan, təbii ki, işi qarşılıqlı əlaqə şəklində icra etmək mümkün olmaz.

Layihələndirmənin əsas hissəsi mühəndis tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir. Cizgilərdə bütün məlumatların və ölçülərin ətraflı şəkildə qeyd edilməsi prioritet təşkil edir.

Layihələndirmənin aşağıda qeyd edilən növləri vardır.

  • Cizgi – hər hansı bir obyektin eskiz şəklində təsviridir. Yaradıcı və analitik yanaşmalarla layihəni yalnız təqdim etmək deyil, həm də həyata keçiriləcək layihəni vizuallaşdırmaq vacibdir. Sxemlə yanaşı, bu paketə diaqramlar və cədvəllər də daxil olur.
  • Qrafika – tikiləcək hər hansı bina və obyektin kiçildilmiş vizual təqdimatıdır.
  • Maketləmə – bu üsul işə başlamadan əvvəl mümkün olan problemləri proqnozlaşdırmağa və hesablamağa şərait yaradır.

Hər bir yeni tikilən bina yalnız rahatlıqla deyil, eyni zamanda texniki təhlükəsizliklə də fərqlənməlidir. Mükəmməl hazırlanmış bir layihə sayəsində, iş zamanı gözlənilməz halların qarşısı alınacaqdır.

Layihələndirmə zamanı hər hansı bir səhv ciddi nəticələrə səbəb ola bilər. Buna görə də, layihələndirmə işində yalnız mütəxəssislərə müraciət etməlisiniz. Komandamızda peşəkar texniki işçilər, mühəndislər və memarlar fəaliyyət göstərir. Biz, geniş işçi heyəti ilə çalışaraq, qısa müddət ərzində sifarişləri yerinə yetiririk.

"İcad Construction" komandası olaraq, mürəkkəbliyindən asılı olmayaraq istənilən tikili üçün mükəmməl layihələndirmə sifarişlərini yerinə yetiririk.