İnteryer Dizayn

İnteryer Dizayn

EV, MƏNZİL, OFİS VƏ İAŞƏ OBYEKTLƏRİ ÜÇÜN UNİKAL İNTERYER DİZAYN HƏLLƏRİ

İnteryer dizayn, məkanın daxili gözəlliyinin vurğulanması və tikilinin xarakterinə uyğun şəkildə dizayn işlərinin tərtibini əks etdirir. Bu sahə, arxitektur işlərlə bərabər, estetik və praktiki elementləri birləşdirir. İnteryer dizayn xidməti sayəsində, məkanınızda zövq və gözəlliyin ahəngini təmin edərək rahat və estetik baxımdan cazibədar bir mühit yaradırıq. Biz hər bir detallara diqqət yetirərək, rəng, mebel və digər elementlərin uyğunluğunu təmin edir, məkanın sahəsindən və istifadə məqsədindən asılı olmayaraq zövqlə tərtib edirik. Kiçik məkanlar üçün də effektiv dizayn həlləri təklif edirik, məsələn, vizual genişlik effektləri yaratmaq və tavanın alçaqlığını balanslaşdırmaq üçün düzgün rənglər və mebel seçimi ilə bu məsələləri asanlıqla həll edə bilirik.

Hər bir insanın özünəməxsus xasiyyət və xüsusiyyətləri olduğu üçün, bizim dizayn işlərində öncəliyimiz müştərilərimizin istəklərini və yaşam tərzlərini nəzərə alaraq onlara uyğun məkanlar yaratmaqdır. Məqsədimiz, müştərilərimizin daxili aləmlərinə və həyat tərzlərinə uyğun olaraq hər bir işin fərdiləşdirilməsi və onların ehtiyaclarına ən uyğun mühitin təqdim edilməsidir.

Biz sizə standartları aşaraq düzgün və peşəkar şəkildə tərtib edilmiş dizayn təqdim edəcəyik. Şirkətimiz, kiçik büdcə ilə belə, düzgün zövqlə hazırlanmış bir məkana sahib olma ideologiyasını sizinlə bölüşəcək. Sizə interyer dizaynın bəzi növləri haqqında məlumatı təqdim edirik ki, seçiminizdə köməkçi ola bilək.

Avanqard – XX əsrin əvvəllərində incəsənətdən interyerə keçən avangard üslubu, yenilikçi bir istiqamət olaraq ən müasir materiallardan, məişət cihazlarından və qeyri-adi mebellərdən istifadə edir. Bu üslubda rəng palitrasından məharətlə istifadə edilərək, interyerdə unikal və təsirli bir atmosfer yaradılır.

Klassik – Bu üslub, qədim və zamanla sınaqdan keçmiş üslubların birləşməsindən ibarətdir. Antik, tarixi və milli üslublar da bu silsiləyə daxildir. Klassik üslubda dizayn işləri təbii tikinti materiallarının istifadəsi, düzgün həndəsə və simmetriya ilə xarakterizə olunur. Kompozisiya, mebel və dekorun qarşılıqlı əlaqəsi, bir neçə işıq mənbəyinin mövcudluğu bu üslubun əsas xüsusiyyətlərindəndir.

Modern – XIX əsrin sonlarında formalaşmağa başlayan bu üslub, bu gün lüks və əzəmətli dizaynı ilə seçilənlər arasında çox populyardır. Modern üslubda möhkəm və qiymətli taxta növləri, əyri xəttlərlə tərtib edilmiş pilləkənlər, yuvarlaq aralıqlar, müxtəlif naxışlı ornamentlər və sənət əsərləri geniş istifadə edilir. Bu üslub həm estetik, həm də funksional baxımdan diqqət çəkir.