Ekstreyer Dizayn
Ekstreyer Dizayn
BİNA, EV, VİLLA VƏ OBYEKTLƏR ÜÇÜN UNİKAL EKSTERYER DİZAYN HƏLLƏRİ
Eksteryer dizayn, tikilinin xarici görünüşünü estetik və funksional olaraq tərtib edən dizayn işlərini əhatə edir.
Hər bir şəxs öz tikilisinin gözəl və digər tikililərdən fərqlənən xarici görünüşə sahib olmasını istəyir. Lakin bu görünüş, ətraf mühitlə ahəngdar olmalı və təbii ilə uyğunlaşmalıdır.
Eksteryer dizaynı, rəng, material seçimi, ölçü və xətlərin balanslaşdırılması kimi mürəkkəb işləri əhatə edir və bu, yalnız peşəkarlar tərəfindən yerinə yetirilməlidir.
Əgər ecazkar, hər kəsi təəccübləndirəcək və keyfiyyətlə tərtib edilmiş bir eksteryer dizayn istəyirsinizsə, seçiminizi bizimlə edə bilərsiniz.
Eksteryer dizaynın tərtibində bu işlərə diqqət yetirilməsi böyük əhəmiyyət daşıyır:
- Formanın balanslaşdırılması və simmetriya.
- Material və teksturanın seçimi.
- Dam örtüyünün düzgün seçimi
- Rəng çalarlarının kombinasiyası
- Eyvanın zövqlə tərtib edilməsi
- Qapı-pəncərə sisteminin düzgün seçimi
- Landşaftın tikiliyə uyğun olaraq tərtibatı
- Evinizin işıqlı bir eksteryerlə təmin edilməsi
Eksteryer dizaynı, zövqlü və peşəkar mütəxəssislərimiz tərəfindən, sizin tələblərinizə uyğun və zövqünüzü oxşayacaq şəkildə tərtib edilərək sizə təhvil veriləcək.